Çərşənbə , 10 Dekabr 2025
Drone Cameras

Sülhməramlı kontingentin yeni komandanı Ermənistanın müdafiə naziri ilə üçtərəfli bəyanatların icrasını müzakirə edib

Azərbaycanın Qarabağ iqtisadi rayonunda müvəqqəti yerləşdirilən Rusiya sülhməramlı kontingentinin yeni komandanı general-polkovnik Aleksandr Lentsov Ermənistanın müdafiə naziri Suren Papikyanla görüşüb.

Boyukmillet.com  “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyindən bildirilib.

Tərəflər regiondakı mövcud durumu və üçtərəfli bəyanatların yerinə yetirilməsini müzakirə ediblər.

Onlar həmçinin sülhməramlıların fəaliyyətinin səmərəliliyinin artırılması haqqında danışıblar.

Qeyd edək ki, A.Lentsov aprelin 26-da bu vəzifəyə təyin olunub. O, general-mayor Andrey Volkovu əvəz edib.

Check Also

Aİ-Ermənistan sənədi sülh gündəliyinə ziddir – BAKIDAN ETİRAZ

Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədi Azərbaycanla sülh …