Cümə , 26 Aprel 2024
Drone Cameras

Sülhməramlıların Şuşada nə işi və ya 41-45 abidəsini özümüz bərpa edə bilmırik?..

Az əvvəl Rusiya sülhməramlılarının komandan müavini general Sergey Jmurinin təəccüb doğuran bəyanatına rast gəldim: “Hazırda Şuşadayıq və Azərbaycan tərəfi ilə birgə Böyük Vətən müharibəsi qəhrəmanlarına qoyulmuş abidəni qaydaya salırıq…” General belə deyib.

Boyukmillet.com-un xəbərinə görə, bunu özünün Facebook səhifəsində politoloq, “Bakı Xəbər” qəzeti və eyniadlı saytın təsisçisi və baş redaktoru Aydın Quliyev yazıb. Politoloq daha sonra yazır:

Əvvəla, Azərbaycanın nəzarətindəki ərazi kimi qəbul edilmiş Şuşada sülhməramlıların olmasının hansı zərurətdən irəli gəldiyi məlum deyil.

İkinci, 10 noyabr üçtərəfli razılaşmasına görə Ağdam, Laçın və Kəlbəcərin də qaytarılması şərti ilə döyüşən tərəflər olduqları yerdə qalmalı idilər. Məntiqlə, Şuşada yerləşmək hüququ təkcə Azərbaycan tərəfə aiddir.

Üçüncü, Azərbaycanın nəzarətindəki ərazilərdə abidələrin bərpasının Azərbaycanın müstəsna səlahiyyətində olduğunu hər kəs qəbul etməlidir.

Dördüncü, sülhməramlılar həmin abidələrin kimlər tərəfindən və niyə bu vəziyyətə salındığına üstün diqqət versəydilər daha məqbul olardı…

Azad edilmiş ərazilərdə Azərbaycanın süverenliyinə hörmətin sülh üçün çox vacib olduğuna sülhməramlılar xüsusi həssas olmalıdır…

Check Also

Bakı Avrasiya Universitetinin prorektoru kazinoda böyük pul uduzub? -İDDİA

Bakı Avrasiya Universitetinin prorektoru Gürkan Hüseynovun Gürcüstanda kazinoda külli miqdarda pul uduzduğu haqda xəbərlər yayılıb. …