Bazar , 6 Oktyabr 2024
Drone Cameras

Sumqayıtda əlilliyi olan xanımlar üçün gözəllik salonu yaradılacaq

“Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyi, Azərbaycan Respublikasının Qeyri- Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə 01.09.2022-ci il tarixindən “Əlilliyi olan qız və qadınların özünüməşqulluqunun təmin olunması məqsədi ilə peşə kurslarının təşkili”
layihəsinin icrasını davam etdirir.

Bu barədə “Əlilliyi Olan Şəxslərin Sosial Müdafiəsinə və İnteqrasiyasına Dəstək” (ƏSMİD) İctimai Birliyinin sədri, layihə rəhbəri Səbinə Kərimova məlumat verib. Onun sözlərinə görə, layihənin əsas məqsədi əlilliyi olan qadın və
qızların məşqulluğunu təmin etmək məqsədi ilə onların bilik, bacarıqlarının artırılması və onların sosial həyata inteqrasiyasına təkan verməkdir. 22.09.2022-ci il tarixindən əlilliyi olan xanımlar üçün peşə kursları ardıcıl olaraq davam edir. Həftədə 2 dəfə olmaqla altı əlilliyi olan gənc xanım təliçmi stilist vizajist Xəyalə Əhmədovanın yanında saç, düzümü, vizaj, permanentin sənətini digər dörd xanım isə həftə də iki dəfə olmaqla, dırnaq ustası Könül Abasovanın yanında dırnaq qaynağı sənətini öyrənirlər.

Layihədə iştirak edən on xanım artıq sənətin incəliklərini öyrənirlər və sərbəst işləməyə başlayıblar. Biz də öz növbəmizdə bu kurslara qatılan xanımları özünəməşqulluq proqramına qoşaraq onlar üçün lazımı avadanlıqların alnması üçün və gözəllik salonu açmaq üçün Dövlət Məşqulluq Agentliyi ilə danışıqlara başlamışıq. İnanıram ki, yaxın aylar da əlilliyi olan xanımlar üçün gözəllik salonu yarada biləcəyik deyə vurğulayıb.

Qeyd edək ki, layihə Sumqayıt şəhərində noyabr ayının son gününə kimi davam edəcək. Sonda iştirakçılara sertifikatlar təqdim olunacaq.

Check Also

Ədliyə Nazirliyinin qarşısında etiraz aksiyası

20 yanvar Şəhid Ailələrinin Hüquqlarının təmin olunması ictimai birliyi, bu gün Ədliyə Nazirliyinin qarşısında, etiraz …