Cümə , 13 Mart 2026
Drone Cameras

Sumqayıtda 13 yaşlı oğlan itib – FOTO

Sumqayıt şəhərində yaşayan, nitq qüsurlu və eşitmə qabiliyyəti olmayan 13 yaşlı Ömər Yaqubov martın 25-də səhər saatlarında yaşadığı ünvandan çıxaraq bir daha geri qayıtmayıb.

Onun əlamətləri belədir:

Boyu 155 sm., arıq bədən quruluşlu, ağbəniz, sifəti uzunsov, saçı qısa və şabalıdı rəngli, gözləri qəhvəyidir. Evdən çıxarkən əynində qara rəngli parça gödəkçə, qara rəngli poliver, tünd göy rəngli parça şalvar, ayağında tünd göy rəngli idman ayaqqabısı olub.

Şəkildə gördüyünüz şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in “102 – Zəng Mərkəzi”nə, həmçinin (018) 65 4-02-02; (018) 65 5-76-65 şəhər və (050) 384-84-99 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Check Also

Əkrəm İmamoğlu haqqında 2 430 il həbs istənilən iş üzrə məhkəmə başlayıb

İstanbul 40‑cı Ağır Cinayətlər Məhkəməsində İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) keçmiş sədri, prezidentliyə namizəd Əkrəm İmamoğlu …