Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Sumqayıtda evi tərk edən koronavirus xəstəsinə cinayət işi açıldı

Sumqayıtda yaşadığı evi qanunsuz tərk edən daha bir aktiv koronavirus xəstəsi saxlanıb.

Boyukmillet.com xəbər verir ki, Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları şəhərin inzibati ərazisində yaşadığı evi qanunsuz olaraq tərk edən aktiv koronavirus xəstəsi aşkarlayıblar.

Məlum olub ki, aktiv koronavirus xəstəsi Sumqayıt şəhər 9-cu mikrorayonda yaşayan 1978-ci il təvəllüdlü Bağırov Rövşən Xürrəm oğludur. Dərhal əraziyə təcili tibbi yardım avtomobili çağırılıb.

Bağırov Rövşən Xürrəm oğlu barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139.1-1-ci maddəsi ilə Cinayət işi açılıb. İstintaq tədbirləri davam etdirilir. Həmin şəxs polis nəzarətinə götürülüb.

Check Also

Azərbaycan jurnalistə təzminat ödəyəcək

AİHM jurnalistin ifadə azadlığının pozulduğunu təsdiqləyib Avropa İnsan Hüquqları Məhkəməsi “Azadlıq” qəzetinin və onun keçmiş …