Şənbə , 20 Aprel 2024
Drone Cameras

Dünyada COVID-19-dan sağalanların sayı artdı

Dünyada yeni koronavirusdan sağalanların sayı 7 milyonu ötüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə federal və yerli hakimiyyətin məlumatları, həmçinin KİV və başqa açıq mənbələrlə hesablamalar aparan Cons Hopkins Universiteti bildirib.

Məlumata görə, dünyada COVID-19-dan sağalanların sayı 7 005 452 nəfərə çatıb. Bununla yanaşı, təhlükəli virusdan ölüm hallarının sayı 565 178 təşkil edir. Pandemiya ərzində koronavirusa 12 720 028 insan yoluxub.

Koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …