Bazar ertəsi , 20 May 2024
Drone Cameras

Suqovuşanda Prezident Kuboku reqatası start götürüb

Suqovuşan qəsəbəsində avarçəkmə, kayak və kanoe üzrə Prezident Kuboku reqatası start götürüb.

Boyukmillet.com-un məlumatına görə, işğaldan azad olunmuş ərazilərdə ilk beynəlxalq yarış Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilib.

Yarışda gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının prezidenti Vüqar Əhmədov, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, Vətən müharibəsi qaziləri, müxtəlif federasiyaların rəsmiləri və digər qonaqlar iştirak edir.

Suqovuşan su anbarında təşkil olunan mübarizəyə Azərbaycan, Moldova, Özbəkistan, Türkiyə və Gürcüstanın 100-dən artıq idmançısı qatılıb.

Onlar 1 nəfərlik kanoe, 1 nəfərlik və 2 nəfərlik kayak qayıqlarında yeniyetmələr və gənclər arasında 200 metr və 500 metr məsafələrə yürüş edəcəklər.

Saat 11:00-da start götürən reqataya mayın 7-də Mingəçevirdə keçiriləcək akademik avarçəkmə yarışları ilə yekun vurulacaq.

Check Also

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilir

Bu dəqiqələrdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin …