Şənbə , 20 Aprel 2024
Drone Cameras

Şura Zaqatala və Balakəndə “Azərbaycançılıq və müasir dövrün çağırışları” mövzusunda tədbir keçirib

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Balakən və Zaqatala rayonlarında “Azərbaycançılıq və müasir dövrün çağırışları” mövzusunda tədbir keçirib. Tədbirdə yerli QHT, media, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Təbdirdə Balakən Rayon İcra Hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Fariz Nəcəfov, Zaqatala Rayon İcra Hakimiyyətlərinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin sektor müdiri Ramil Həsənov çıxış edərək Şura tərəfindən keçirilən tədbirin əhəmiyyəti və rayonun ictimai-siyasi həyatında oynadığı roldan bəhs ediblər.  Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov çıxışında Azərbaycan Respublikası Prezidentinin ölkənin hərtərəfli inkişafı istiqamətində apardığı siyasətdən, bölgələrimizdə, o cümlədən şimal-qərb bölgəsində aparılan quruculuq işləri haqda danışıb, digər sahələrlə yanaşı vətəndaş cəmiyyətinin inkişafına göstərilən dövlət dəstəyi və bu istiqamətdə Şuranın gördüyü işlər barədə ətraflı məlumat verib. 

Şurasının üzvü, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli “Azərbaycançılıq və müasir dövrün çağırışları” mövzusunda məruzə ilə çıxış edib. E.Həsənli ölkəmizdə Ordu quruculuğu istiqamətində görülən işlər, vətənpərvərlik ənənələrinin təbliğində bölgə gənclərinin üzərinə düşən vəzifələr, şəhid ailələrinə, müharibə veteranlarına və əlillərinə göstərilən dövlət qayğısından, vətənpərvərlliyin təbliği sahəsində Şuranın maliyyələşdirdiyi layihələr barədə geniş məruzə ilə çıxış edib.

Tədbirdə bəzi radikal dini cərəyanların qanunsuz fəaliyyəti, Azərbaycan vətəndaşlarının, xüsusilə gənclərin dünya görüşünə göstərdiyi mənfi təsirləri və həmin cərəyanlarla mübarizədə yerli QHT-lərin üzərinə düşən vəzifələr də geniş müzakirə edilib.  

 Tədbirdə Şuranın dəstəyi ilə hazırlanmış və Zaqatala rayonundan olan şəhidlərə həsr olunan “Zirvədəkilər” qısa metrajlı bədii-sənədli filmi nümayiş olunub. Film iştirakçılar tərəfindən böyük rəğbətlə qarşılanıb və belə layihələrə verdiyi dəstəyə görə Şuraya təşəkkür edilib.

 Tədbir iştirakçıların çıxışları ilə davam edib. 

Check Also

Etibarnamə ilə torpaq alqı-satqısı edənlərə XƏBƏRDARLIQ – VİDEO

Bəzi vətəndaşlar gələcək riskləri nəzərə almadan etibarnamə yolu ilə torpaq alaraq ev inşa etdirirlər. Əmlak …