Cümə axşamı , 28 Mart 2024
Drone Cameras

Suriyada raket atəşi nəticəsində dinc sakinlər xəsarət alıb

Suriyanın Hələb şəhərinin Kuveyres aeroportundan buraxılmış raketlər ölkənin şimalındakı Cerablus və Əl-Bab rayonlarındakı neft sisternlərinə və yaşayış məntəqələrinə düşüb.

Boyukmillet.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyinin tvitterdə yayılmış xəbərində deyilir.

Qeyd edilən ərazilər Türkiyənin Silahlı Qüvvələrinin “Fərat qalxanı” antiterror əməliyyatı zonasında yerləşir.

Nazirliyin məlumatına görə, hücum nəticəsində dinc əhali arasında bir neçə nəfər xəsarət alıb. Bəşşar Əsədə məxsus qüvvələr tərəfindən nəzarət edilən ərazilərə zərbə endirilib.

İnformasiyaya əsasən, hücumdan az sonra Rusiya Federasiyasına dinc sakinlərə hücumların dayandırılması zəruriliyi haqqında xəbərdarlıq edilib, müəyyən edilmiş hədəflər üzrə cavab atəşi açılıb.

Check Also

Ərdoğan Ağ Evdə ilk dəfə Baydenlə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 9-u ABŞ-yə rəsmi səfərə yollanacaq. “Qafqazinfo” “NTV”yə istinadən xəbər …