Şənbə , 23 Noyabr 2024
Drone Cameras

Suriyada Türkiyə hərbçilərinə atəş açan terrorçular məhv edilib

Türkiyə Silahlı Qüvvələrinin xüsusi təyinatlı dəstəsi Suriyanın şimalındakı Tall-Rıfat rayonundan “Fərat qalxanı” əməliyyatı zonasında türk hərbçilərin mövqelərinə atəş açan YPG-nin (PKK terror təşkilatının Suriya qanadı) dörd terrorçusunu məhv edib.

Boyukmillet.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi bildirib.

Qeyd edilir ki, Suriyanın şimalında vəziyyətin sabitliyini pozmağa çalışan terrorçular türk xüsusi təyinatlı dəstəsinin operativ əməliyyatı nəticəsində zərərsizləşdirilib.

Xatırladaq ki, PKK terrorçuları 1984-cü ildən Türkiyədə qanlı cinayətlər törətməyə başlayıblar. 2020-ci ilin martına qədər Türkiyənin təhlükəsizlik qüvvələrinin 7 500 əməkdaşı və 6 800 dinc sakin bu təşkilatın terrorçuları tərəfindən qətlə yetirilib.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahılarına daxil edib.

Check Also

Türkiyədə 2 bələdiyyə sədri vəzifəsindən uzaqlaşdırılıb, terrorçuluqda ittiham olunurlar

Türkiyənin Daxili İşlər Nazirliyi Tunceli şəhər bələdiyyəsinin sədri Cevdet Konak və eyni şəhərin Ovacık rayon …