Cümə , 22 Noyabr 2024
Drone Cameras

Şuşa şəhərinə qalib ölkənin vətəndaşları kimi gəlməyimizlə qürur duyuruq

Qalib Azərbaycanın vətəndaşı kimi Şuşanı ziyarət etmək hər birimizin ən böyük arzusu olub. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə böyük qəhrəmanlıq göstərərək Şuşanı işğaldan azad edən rəşadətli Ordumuzun sayəsində bu gün bu xoşbəxtlik bizə nəsib oldu. Keçirdiyimiz hissləri sözlə ifadə etməkdə çətinlik çəkirik. Qalib ölkənin vətəndaşları kimi Şuşa şəhərinə gəlməyimizlə qürur duyuruq.

Boyukmillet.com xəbər verir ki, bu sözləri Demokratik Azərbaycan Naminə İctimai Birliyinin sədri Elməddin Behbud bildirib.

Müqəddəs və qədim Şuşa şəhərinin 30 ilə yaxın bir müddətdən sonra işğaldan azad edilməsinin müharibənin sonrakı gedişinə təsir etdiyini bildirən E.Behbud deyib: “Şuşanın rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi müharibənin sonrakı gedişinə həlledici təsir göstərərək Zəfər günü kimi tariximizə yazılıb. Vətən müharibəsində düşmənə göz açmağa aman verməyən qəhrəman oğullarımız ölüm-dirim savaşına girərək Şuşanı elə cəsurluqla azad ediblər ki, bu qəhrəmanlıq dillərdə dastan olub. Yüngül silahlarla sıldırım qayaları aşan döyüşçülərimiz düşməni diz çökdürdülər və torpaqlarımızdan qovdular. Əminik ki, yaxın zamanlarda Xankəndiyə də səfər edəcəyik”.

Elməddin Behbud Azərbaycan xalqının Şuşanı hər zaman özünün mənəvi paytaxtı hesab etdiyini, tarixinin, mədəniyyətinin beşiyi sandığını, əzəməti ilə qürurlandığını vurğulayıb: “Azərbaycan xalqı Şuşanı özünün mənəvi paytaxtı hesab edir, tarixinin, mədəniyyətinin beşiyi sanır, bu qədim diyar ilə qürur duyur. Biz vətəndaş cəmiyyətlərinin nümayəndələri Şuşa şəhərində olarkən onun mədəni, dini abidələri, müxtəlif tarixi məkanları ilə yaxından tanış olmaqdan şərəf duyduq”.

E.Behbud Şuşaya səfər zamanı Füzulidə, eləcə də ətraf torpaqlarımızda erməni işğalçılarının törətdikləri vəhşiliklərin, vandalizmin şahidi olduqlarını bildirib. O, vətəndaş cəmiyyətlərinin əsas vəzifələrindən birinin də işğaldan azad edilmiş torpaqlarımızın erməni barbarlar tərəfindən viran qoyulması, dini, tarixi abidələrimizin dağıdılması faktları ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduğunu bildirib.

Check Also

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib

Gürcüstandan olan səyahətçilərin ikinci qrupu Qarabağa gəlib. Boyukmillet.com xəbər verir ki, turistlər işğaldan azad edilmiş …