Bazar , 27 Aprel 2025
Drone Cameras

Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarının təminat avtomobili maneəsiz hərəkət edib

Şuşa-Xankəndi yolunda Rusiya sülhməramlılarına məxsus təminat avtomobilinin hərəkət etməsinə şərait yaradılıb.

Boyukmillet.com-un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat vasitəsi maneəsiz şəkildə yolla hərəkətinə davam edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün açıqdır.

Belə ki, aksiya iştirakçıları bu mövqeni də nümayiş etdirərək sülhməramlılara məxsus təminat avtomobilinin sərbəst şəkildə hərəkət etməsinə şərait yaradıblar.

Check Also

Xankəndi, Ağdərə və Xocalıya 30 milyon manat investisiya qoyulub

Xankəndi, Ağdərə, Xocalıya 439 sahibkarlıq subyekti 30 milyon manat investisiya qoyub. Boyukmillet.com xəbər verir ki, bunu Xankəndi …