Şənbə , 6 Dekabr 2025
Drone Cameras

Şuşada beşmərtəbəli binada yanğın olub

Şuşa şəhərində beşmərtəbəli binada yanğın hadisəsi baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Şuşa şəhərində beşmərtəbəli binanın beşinci mərtəbəsində ümumi sahəsi 70 m² olan 4 otaqlı mənzilin yanar konstruksiyaları və qismən binanın dam örtüyü yanıb. Qonşu mənzillər və binanın dam örtüyünün qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Check Also

Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür

Bu gün Qubadlı şəhərinin işğaldan azad olunmasından 5 il ötür. Boyukmillet.com xatırladır ki, müzəffər Azərbaycan …