Çərşənbə , 4 Mart 2026
Drone Cameras

Şuşada Milli Məclis komitələrinin birgə iclası keçirilir

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitələrinin Şuşada birgə iclası keçirilir.

Boyukmillet.com-un xəbərinə görə, Şuşa şəhərindəki “Qarabağ” hotelində baş tutan toplantının gündəliyinə iki məsələ daxil edilib.

Bunlar aşağıdakılardır:

1. “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında qanun layihəsi.

2. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və “Valyuta tənzimi haqqında” qanunda dəyişiklik edilməsi haqqında” qanun layihəsi.

Check Also

Deputat sayının artmasına ehtiyac varmı?

Say artımı keyfiyyəti artıracaqmı? Hüquqşünas deyir ki, Azərbaycandakı deputatlar qanunvericilik təşəbbüsü ilə çıxış etmirlər. Halbuki, …