Bazar ertəsi , 9 Fevral 2026
Drone Cameras

TƏBİB: Yumşaldılma tədbirləri barədə müzakirələr aparılır

Ölkədə epidemioloji vəziyyət dəyərləndirilərək yumşaldılma tədbirləri barədə Nazirlər Kabineti yanında Operativ Qəraragah tərəfindən müzakirələr aparılır.

Bu barədə “Report”a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, bununla bağlı hələ rəsmi qərar qəbul edilməyib.

Qeyd edək ki, TƏBİB-in Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayevanın sözlərinə görə, açıq havada fiziki məsafə qorunmaq şərtilə maskadan istifadənin ləğvi, habelə toy və digər mərasimlərin təşkili ilə bağlı qaydalar hazırlanır. Yaxın vaxtlarda həmin qaydaların açıqlanması nəzərdə tutulur.

Check Also

Güllələnən müəllim yüksək nəticələr göstəribmiş

Bu gün Binəqədi rayonu Ziya Bünyadov prospektində yerləşən “İdrak” liseyində 10-cu sinif şagirdi tərəfindən güllələnən …