Cümə , 29 Mart 2024
Drone Cameras

Təbrizdə aksiyalar başlayıb

İranın bir sıra əyalətlərində su böhranı ilə bağlı başlamış kütləvi ixtişaşlar Güney Azərbaycanın baş kəndi Təbrizdə də özünü göstərir. Təbriz şəhərində hökumətə qarşı etiraz aksiyaları keçirilib.

Sosial mediada yayımlanan videogörüntülərdə etirazçıların toplaşdığı məkanlara polis qüvvələrinin hücumu nəticəsində xalq və polis qüvvələri arasında toqquşmanın baş verdiyi görülür.

Təbrizdə aksiya keçirilib
Daha öncə azərbaycanlı təşkilat və partiyalar İran Azərbaycanında Xuzistanda bir həftədən çoxdur davam edən etirazlara dəstək üçün etiraz mitinqi keçirməyə çağırmışdılar.

Həmin çağırışda insanlar iyulun 24-də Təbriz vaxtı ilə saat 6-da müxtəlif şəhərlərdə, xüsusilə də Təbrizdə, etiraz aksiyası keçirməyə dəvət olunmuşdu. 

Check Also

Təbrizli tələbə qız həbs olundu – FOTO

Təbriz Universitetinin sənaye mühəndisliyi fakültəsində təhsil alan tələbə Pərəstu Fəridi tutularaq naməlum yerə aparılıb. Boyukmillet.com …