Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Taleh Kazımov III “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov III “Yüksəliş” müsabiqəsinin qalibi Fərahim Hacıyevlə Mentorluq proqramı çərçivəsində növbəti dəfə görüşüb.

Boyukmillet.com xəbər verir ki, görüşdə müsabiqə qalibi üçün hazırlanmış fərdi inkişaf proqramı üzrə görülmüş tədbirlər və gələcək təşəbbüslərdə iştirak imkanları nəzərdən keçirilib. Həmçinin sədr tərəfindən idarəetmə sahəsində bilik və bacarıqların artırılması istiqamətində tövsiyələr səsləndirilib.

F.Hacıyev isə öz növbəsində mentorluq proqramı çərçivəsində T.Kazımovun şəxsi təcrübəsindən faydalanmaqdan məmnunluğunu bildirib.

Check Also

Azərbaycanın qızıl satışından qazancı 51 faiz artıb

Dünyada qızılın qiymətinin kəskin bahalaşması fonunda Azərbaycanın qiymətli metalların ixracından əldə olunan gəlirləri 51 faiz …