Cümə axşamı , 26 Mart 2026
Drone Cameras

“Taliban” Əfqanıstanın bütün ərazisini ələ keçirdiyini elan edib

Radikal “Taliban” hərəkatı Əfqanıstanın bütün ərazisində vəziyyətə nəzarəti ələ aldığını elan edib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

“Taliblər”in bəyanatında qeyd edilir ki, artıq ölkənin heç bir yerində hərbi əməliyyat aparılmır. Hərəkat Əfqanıstanın bütün ərazisində nəzarəti əlinə alıb.

Daha əvvəl yayılan məlumata görə. Əfqanıstan prezidenti Əşrəf Qani yaxın saatlarda vəzifəsindən istefa verəcək. Hakimiyyətin ötürülməsi bu gün paytaxt Kabildəki prezident sarayında baş tutacaq.

Check Also

İran Hörmüz boğazından keçid üçün rüsumlar haqqında qanun layihəsi hazırlayır

İran parlamenti Hörmüz boğazından keçən bəzi gəmilərdən rüsumların rəsmiləşdirilməsini nəzərdə tutan qanun layihəsi üzərində işləyir. …