Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

“Taliban” Türkiyə səfiri ilə 3.5 saatlıq görüşdə nə istəyib: Ərdoğan AÇIQLADI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Taliban”la təmaslar barədə yerli mediaya açıqlamalar verib.

Boyukmillet.com Anadolu Agentliyinə istinadla xəbər verir ki, Ərdoğan Kabil hava limanının işlədilməsi ilə bağlı “Taliban”dan bəzi təkliflər aldıqlarını bildirib: “Taliban”ın bizə Kabil Hava Limanını işlətmək üçün təklifləri var. Hələ bu mövzuda bir qərar verməmişik”.

Prezident əlavə edib ki, hazırda Türkiyənin Kabildəki səfirliyi paytaxtdakı hərbi hissəyə köçürülüb. Orada “Taliban” təmsilçiləri ilə Türkiyə səfiri arasında 3.5 saatlıq görüş olub.

Check Also

Deputat Səyyad Aranın nəvəsinin lüks avtomobili – Chevrolet Camaro – Nömrəsi daha bahadır – FOTO

Milli Məclisin deputatı Səyyad Aranın 25 yaşlı nəvəsinin idarə etdiyi lüks avtomobil sosial şəbəkələrdə geniş …