Bazar , 19 Yanvar 2025
Drone Cameras

“Taliblər” Əfqanıstanda yeni hökumətin elan olunmasını təxirə salıblar

“Taliban” hərəkatı yenidən Əfqanıstanın yeni hökumətinin tərkibinin elan olunması müddətini təxirə salmaq barədə qərar qəbul edib.

Bu barədə Boyukmillet.com “The Times of India” nəşrinə istinadən xəbər verir.

“Yeni hökumət və Nazirlər Kabineti üzvləri gələn həftə elan ediləcək”, – “taliblər”in nümayəndəsi Zabihulla Mücahid bildirib.

Öz növbəsində “Taliban” tərəfindən yaradılmış komitənin üzvü, yeni hökumətin yaradılması haqqında müxtəlif qruplarla danışıqlarda iştirak edən Xalil Xakkani qeyd edib ki, “Taliban” təkbaşına hökumət formalaşdıra bilərdi, amma yalnız hərəkatla sülh münasib olmayacaq. Onun sözlərinə görə, “taliblər” gələcək hökumətdə bütün qrupların və əfqan cəmiyyəti üzvlərinin təmsil olunmasını təmin etməyə çalışırlar.

O, həmçinin deyib ki, yeni hökumətin tərkibində Əfqanıstanın “taliblər”ə dəstək vermiş sabiq baş naziri Gülbəddin Hikmətyar və ölkədən qaçmış keçmiş prezident Əşrəf Qaninin qardaşı təmsil olunacaqlar.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …