Cümə axşamı , 9 May 2024
Drone Cameras

Samir Əsədli: “ Rus sülhməramlıları bölgəyə qondarma rejimin öz qanunsuzluqlarını davam etdirməsini müşahidə etmək üçün yerləşdirilməyib”

Rüstəm Muradov Azərbaycan hərbçisini terrorçuların əlindən alaraq dərhal bizə təhvil verməli idiYenidən gərginliyin yaranmaması üçün Azərbaycan əsgəri ən qısa müddətdə sərbəst buraxılmalıdırQarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri, general-leytenant Rüstəm Muradov Ağdərədə tutulan Azərbaycan hərbi qulluqçusu Cəmil Babayevə baş çəkib. General hərbçi Cəmil Babayevin saxlanma şəraiti ilə tanış olub. Muradov onun ailə üzvləri ilə əlaqə yaratması üçün şərait yaradılacağını bildirib. Qeyd edək ki, Ermənistan mətbuatı avqustun 25-də Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan Ağdərədə tutulduğu barədə məlumat yaymışdı.Xatırladaq ki, Müdafiə Nazirliyi Azərbaycan ordusunun müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Babayev Cəmil Natiq oğlunun Gəncə hospitalının psixiatriya bölməsini özbaşına tərk etdiyini və haqqında cinayət işi başlanıldığını bildirib. Ekspertlərə görə, sülhməramlıların generalı elə ilk görüşündə Azərbaycan hərbçisini terrorçuların əlindən alaraq dərhal bizə təhvil verməli idi. Öz torpağımızda əsgərimizin girov götürülməsi, Muradovun əsir kimi ona “baş çəkməsi” müəyyən suallar doğurur və yaşanan hadisənin Moskvanın maraqlarına xidmət etdiyini göstərir. Belə çıxır ki, Ermənistan, yaxud Rusiya tərəfi Azərbaycan ərazisində ələ keçirilən hərbçimiz üzərindən Bakıya təzyiq göstərməyə cəhd edəcək”.Vətəndaş Həmrəyliyi Partiyasının sədr müavini Samir Əsədli “Şərq”ə deyib ki, Cəmil Babayevin Rusiya sülhməramlılarının nəzarətində olan əraziyə keçməsindən xeyli zaman keçir. Partiya təmsilçisinin sözlərinə görə, C.Babayevə qondarma rejimin “sərhədlərini qanunsuz keçmə”, “azyaşlıları təhdid etmə” və “casusluq” ittihamı ilə cinayət işi açılıb:“Ermənistan mətbuatı bu xəbəri tirajlayır. Cəmil Babayev Azərbaycan vətəndaşıdır və Respublika ərazisi daxilində hərəkət sərbəstdir. Burada yalnız hərbi qulluqçunun öz yerini qanunsuz tərk etməsindən söhbət gedə bilər ki, bunu da ölkəmizin hüquq-mühafizə orqanları araşdırmalıdır.  Bu məqam və Cəmil Babayevin ora necə gedib çıxmasını araşdırmaq sonrakı məsələdir.Rus sülhməramlıları bölgəyə qondarma rejimin öz qanunsuzluqlarını davam etdirməsini müşahidə etmək üçün yerləşdirilməyib. Əgər Azərbaycan əsgəri erməni hərbçiləri tərəfindən saxlanılıbsa, demək, sus sülhməramlıları öz missiyasını ya anlamır, ya da icra etmək fikrində deyil.General Muradovun vəzifəsi əsgərimizi ölkəmizə qaytarmaqdır. Əgər rus sülhməramlıları erməni hərbçiləri qarşısında acizdirsə, bunu açıq etiraf etsinlər. Azərbaycan ordusu qanuni və hüquqi yolla onları başa salmaq gücündədir. Yenidən gərginliyin yaranmaması üçün Azərbaycan əsgəri ən qısa müddətdə sərbəst buraxılmalıdır”.Şərq qəzeti

Check Also

Azərbaycan və İran generalları regional təhlükəsizlik məsələlərini müzakirə ediblər

Azərbaycan müdafiə nazirinin müavini – Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına …