Bazar ertəsi , 5 Oktyabr 2026
Drone Cameras

Tanınmış vəkil məhkəmə zalında həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ruhid Əkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Boyukmillet.com xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi kollegiyanın hökmü ilə R.Əkbərov 3 il müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilib.

O, Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsi ilə təqsirli bilinib.

R.Əkbərov Vəkillər Kollegiyasının üzvü olub və bir müddət əvvəl fəaliyyəti dayandırılıb. (axar.az)

Check Also

5,2 milyon manatlıq müqavilə tender keçirilmədən Abid Şərifovun şirkətinə verilib

Həmin dövrün maliyyə hesabatında şirkətdə təxminən 260 min funt sterlinq vəsait göstərilirdi; Meydan TV bunu …