Çərşənbə axşamı , 3 Dekabr 2024
Drone Cameras

Tarixdə bu gün: Salatın Əsgərovanın şəhid olduğu gündür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, jurnalist Salatın Əsgərovanın şəhid olduğu gündür.

Boyukmillet.com xəbər verir ki, 1991-ci ilin bu günü Laçından Şuşaya yollanarkən, Qaladərəsi kəndi yaxınlığında Ermənistan silahlı qüvvələri tərəfindən amansızcasına qətlə yetirilən Salatın Əsgərova, Azərbaycanın ilk şəhid qadın jurnalistidir.

İxtisasca geofizik olsa da, jurnalistikaya olan sevgi onu bu sahəyə gətirir. Jurnalist kimi işinin öhdəsindən məharətlə gəlir. Xüsusilə, Azərbaycanın bütövlüyü ilə bağlı məsələlərə daha geniş yer verirdi.

Salatın Əsgərova istedadlı, vətənpərvər jurnalist olmaqla yanaşı, həm də ana idi. Onu tanıyan hər kəs bilir ki, bu qadın Vətənə, torpağa olan sevgisini hər şeydən üstün tutub.

Yeganə azyaşlı övladının olmasına baxmayaraq, Vətəni çətin məqamlarda tək buraxmayıb. Vəziyyətin çətinliyindən qorxmayaraq, qələmini silaha çevirməyi bacarıb və öz peşəsinin müsəlləh əsgəri olub.

O, cəbhə bölgəsinə getmədən informasiyanı müxtəlif yollarla əldə edə bilərdi. Lakin analığını, qadınlığını bir tərəfə qoyaraq informasiya blokadasını qırmaq üçün cəbhənin ən qaynar nöqtələrinə yollanıb.  Qələmini əldə tutaraq söz silahına sarılan Salatın Əsgərova bütün peşə sahiblərinə örnəkdir.

Vətənin dar günündə isti yuvasından imtina etməklə  xalqı informasiyasız qoymayıb.

Bu gün hər bir azərbaycanlı bu adı eşidəndə qürur hissi keçirməyə bilmir. Azərbaycanın ləyaqətli, qeyrətli, mərd vətənpərvər qadını olan bu xanım, düşmən gülləsinin qurbanı olur.

1992-ci il noyabrın 6-da Salatın Əsgəroavaya ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib. Şəhidlər Xiyabanında dəfn edilib.

Yeganə oğlu olan Ceyhun Əsgərov anasının peşəsini davam etdirir.

Neçə nəsil gəlsə də, jurnalist Salatın Əsgərova adı yaddaşlarda əbədi yaşayacaq.

Allah rəhmət eləsin!

Namidə BİNGÖL

Check Also

Atatürkün “ən böyük əsərim” adlandırdığı Türkiyə Cümhuriyyəti 101-ci ildönümünü qeyd edir

Mustafa Kamal Atatürkün “ən böyük əsərim” adlandırdığı Türkiyə Cümhuriyyəti 101-ci ildönümünü qeyd edir. Qeyd edək …