Cümə , 26 Aprel 2024
Drone Cameras

Tarixdə güllələyənlər deyil, güllələnənlər qalır!- YƏHYA BABANLI

YƏHYA BABANLI 

Bizim missiyamız məhz sələflərimizə layiqli xələflər olmaqdır

Mən dövlət başçısının çağırışını əsas tutdum, məlum seçkidə iştirak etdim.

Elə bir seçki dairəsindən namizədliyimi irəli sürdüm ki, maddi-mənəvi, keçmiş və indiki haqqımdır.

Bu seçkilərin ölkə üzrə hansı səviyyədə keçdiyi hamıya bəllidir.

Ümumilikdə, mənim və komandamın işinə gəldikdə Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvanda sağlam seçki ab-havasının, rəqabətli seçki mühitinin yaranmasına, yerli və beynəlxalq ictimaiyyət arasında şəffaf və ədalətli seçkilərin keçirilməsinə bir səbəb ola bilərdi.

Seçkidən sonrakı vəziyyət əvvəlkindən də gərgin hal aldı.

Mənə artıq məlumdur ki, bizimlə uzaqdan-yaxından bir olan şəxslərə qarşı müəyyən xoşagəlməz hallara yol verilir.

Belə bir fikir formlaşdırılır ki, kimdən icazə alıb gəlib namizədliyini irəli sürmüşdür?!

İcazə, Prezidentin müvafiq Sərəncamıdır.

Bir haşiyə çıxım ki, mən o ailənin övladıyam ki, biz Heydər Əliyevi dəstəkləyəndə, onun ideyalarını yayanda və Ordubad rayonunda Yeni Azərbaycan Partiyasını təsis edəndə heç kim bizdən icazə alıb-almadığımızı soruşmamışdır!

Hətta, atam Məmməd Babayev və əmim Hüseyn Babayev ən yüksək dairələrdə belə cəsarət və dəyanət simvolu kimi dəyərləndirilirdi.

2003-cü il 19 fevral tarixində vəfat edən – Mərhum əmim Hüseyn Babayevin yas mərasiminə gələn dəyərli Vasif Talıbov:

“Bu iki qardaşlar olmasaydı Ordubadda Heydər Əliyev hakimiyyətinin qurulması çox mürəkkəb və çətin olardı”

deyə bildirmişdir.

Biz həmin adamların övladlarıyıq.

Dəyişməz mövqe və əqidə daşıyıcıları.

Bizim missiyamız məhz sələflərimizə layiqli xələflər olmaqdır.

Lakin bunu şəxsi maraq və maddi qazanc kimi istifadə edənlər unutmasınlar və utansınlar!!!

Qara piar və yalan xəbərlər ümumilikdə müqəddəs Naxçıvana başucalığı gətirmir.

Əksinə, feodalizmdən quldarlıq quruluşuna qayıdışı, müstəqillik düşüncəsindən sovet represiyalarını əks etdirən bəsit yanaşmaları xatırladır, bura haqqında mənfi fikir formalaşdırır və ikrah hissi doğurur.

Bir sözlə, cılız və ucuz təqib və təzyiqlər 25 ildə Naxçıvanda görülən misilsiz işlərə xələl gətirir.

Diqqət yetirin ki, 15 gün ərzində 5 nəfər heyətlə təbliğat və təşviqat aparmışıq bütün olanlara və oyunlara baxmayaraq, mənim 4 179 seçicinin səsini qazandığım rəsmən qeyd olunubdur.

Bu xüsus növbədənkənar seçkilər ilə bağlı Dövlət Başçımızın mövqeyinə inamdan qaynaqlanır və “Əhalinin etimad etdiyi şəxslər seçiləcək.” fikirinə söykənir.

Deməli, əziz və dəyərli ELlilərimin səsi və dəstəyi üzərimdə bir vicdan və məsuliyyət yükü kimi dayanır.

Üzərimə böyük məsuliyyət düşür ki, bunu da vicdanımla daşımaq borcumdur.

(Öz mövqeyimdə qalıram ki, Ordubad-Culfa Seçki Dairəsində 7-8 min arası seçici iştirak edib ki, onun da 5-6 min arası səsin mən qazanmışam).

(Bu gün bir çox millət vəkili 2000-3000 arası səslə mandat qazanıbdır).

Tarix təkrarlanır, unudulmur, heç nə heç vaxt yaddan çıxmır.

Tarixdə güllələyənlər deyil, güllələnənlər qalır!

Qeyd: yəqin ki, Naxçıvanın Prezidentimizə ən sadiq rəhbərinin – cənab Vasif Talıbovun bu olub-bitənlərdən doğru-düzgün məlumatı yoxdur.

Əks təqdirdə belə nəticə olmazdı.

Check Also

Əmrullayevin gülməli QƏBUL ŞOUSU – Rəsmi qəbullar, yoxsa gözə kül üfürmək…

“Ötən aydan deyirdilər ki, nazir bu tərəflərə gələcək, vətəndaşları qəbul edəcək. Mən də fürsəti əldən …