Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Tbilisidə etiraz aksiyalarında iştirak edən 25 əcnəbi vətəndaş ölkədən deportasiya edilib

Bu barədə Gürcüstan mətbuatı ölkənin Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, əcnəbi vətəndaşların bir qismi Gürcüstandan könüllü, bəziləri isə məcburi çıxarılıb.

Həmin şəxslərin vətəndaşlığı dəqiqləşdirilməyib.

Ölkənin Daxili İşlər Nazirliyinin məlumatına görə, 2024-cü ildə Gürcüstandan 430 əcnəbi vətəndaş deportasiya edilib.

2024-cü il noyabrın 28-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze bəyan edib ki, ölkə 2028-ci ilin sonuna qədər Avropa İttifaqına daxil olmaq üzrə danışıqlardan imtina edir.
Bundan sonra etirazçılar az qala hər axşam parlament binasına getməyə başlayıblar.
Polis etirazçıları dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib.
Gürcüstanda bir neçə həftə davam edən etiraz aksiyalarında 400-dən çox insan saxlanılıb.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …