Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi iclasında Əfqanıstan bəyannaməsi qəbul ediləcək.
“Report”un Budapeştə ezam olunmuş əməkdaşı xəbər verir ki, bu barədə Qırğızıstan Prezidenti Sadır Japarov mayın 21-də Türk Dövlətləri Təşkilatının Macarıstanda keçirilən qeyri-rəsmi Zirvə görüşündə danışıb.
O qeyd edib ki, bu sənəd dünyada baş verən hadisələrlə bağlı TDT-nin mövqe bildirməsi baxımından önəmlidir.