Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Tehran Bakı və İrəvan arasında sülh sazişinin paraflanmasını alqışlayır

İran Ermənistan və Azərbaycan arasında sülh sazişinin paraflanmasını alqışlayır və ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi ilə bağlı dəyişməz mövqeyini bəyan edir.

Boyukmillet.com xəbər verir ki, bu barədə İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref Qırğızıstanda Avrasiya Hökumətlərarası Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, İran hesab edir ki, üçüncü qüvvələrin regionun işlərinə müdaxiləsi davamlı təhlükəsizliyə töhfə verməyəcək.

“İran regionda sülh və sabitliyin möhkəmləndirilməsinin vacibliyini vurğulayaraq, Azərbaycan və Ermənistan arasında sülh sazişini alqışlayır və ölkələrin ərazi bütövlüyünə hörmət edilməsi ilə bağlı dəyişməz mövqeyini bəyan edərək, hesab edir ki, başqa ölkələrin regionun işlərinə müdaxiləsi davamlı təhlükəsizliyə töhfə verməyəcək”, – o qeyd edib.

Check Also

Türkiyədə kibercinayət tarixinin ən böyük pul dövriyyəsi aşkarlanıb – 449 milyon dollar

Türkiyənin Hakkari vilayətində qeyri-qanuni mərc və dələduzluq cinayətlərinə qarşı keçirilən əməliyyatlarda 52 şübhəli saxlanılıb. Boyukmillet.com …