Cümə axşamı , 26 Dekabr 2024
Drone Cameras

“Terror təşkilatlarına pulsuz silah verərkən, bizə niyə silah satmaqdan imtina edirsiz” – Ərdoğan ABŞ-ı kəskin tənqid etdi

ABŞ hakimiyyəti Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın mühafizəçilərinə silah satışını nəzərdə tutan müqavilədən imtina edib.

Boyukmillet.com xəbər verir ki, ABŞ-da BMT-nin Baş Assambleyasında iştirak etmək üçün iştirak edən Ərdoğan bu qərara sərt reaksiya verib. Adının gizli qalmasını istəyən mənbə “Associated Press”ə deyib ki, Türkiyə prezidentinin mühafizəçiləri üçün alınmalı olan 1,2 milyon dollarlıq silah müqaviləsi Konqres tərəfindən geri qaytarılıb. Silah müqaviləsini Nyu-Hempşirdə yerləşən “Sig Sauer” şirkəti təqdim edib. Təklifin Konqresdən qayıtması tələbini də şirkətin irəli sürdüyü bildirilir.

ABŞ-ın PBS kanalına müsahibəsində PKK-nın Suriya qolu PYD/YPG-yə ABŞ-ın silah verməsini xatırladan Ərdoğan ABŞ-ın Türkiyəyə silah verməməsini kəskin tənqid edib:

“Biz pulumuzla sizlərdən silah ala bilməzkən, siz nə üçün bu terror təşkilatlarına pulsuz silahlar verirsiniz. Bu suallara cavab tapmadığımız üçün strateji ortaq kimi buna təəssüf edirik”.

Check Also

Abxaziyada: Aksiya keçirilən ərazidə atəş səsləri eşidilib

Etirazçılar hasarı sökərək de-fakto parlament binasına bitişik əraziyə daxil olublar Abxaziyanın de-fakto parlament binası qarşısında …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir