Hesablama Palatasının Kollegiyası Azərbaycan Dövlət İqtisad Universiteti tərəfindən 2012-2014-cü illərdə təhsil haqqı üzrə daxilolmaların uçotunun aparılması, təhsil haqlarının yığılması və Universitetin bank hesabına köçürülmə sahəsindəki nöqsanların ciddiliyini, eləcə də təhsil haqqı üzrə debitor-kreditor borcların uçotdan yayındırılmasını nəzərə alaraq, tədbirlər görülməsi üçün müvafiq materialların Baş Prokurorluğa göndərilməsi barədə qərar qəbul edib.
Məsələ ilə bağlı Modern.az Şəmsəddin Hacıyevlə əlaqə saxlamağa çalışıb. Amma deputatın mobil telefonunu özünü Ramiz kimi təqdim edən şəxs açaraq, “müəllim, hazırda Bakıda yoxdur, xaricdədir. Birisi gün gələcək”cavabını verib.
Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri Əliməmməd Nuriyev Modern.az-a bildirib ki, Hesablama Palatasının göndərişi əsasında Baş prokurorluqda fakta görə cinayət işi açıla bilər:
“Araşdırma nəticəsindən asılı olaraq Baş prokurorluq ya cinayət işi açır, ya da işi müvafiq strukturlarda araşdırılması üçün göndərir. Bir qayda olaraq Hesablama Palatası cinayət xarakterli faktlarla rastlaşdıqda prokurorluğa müraciət edir. Ümumilikdə, bu kimi hallarda 90 faiz Baş Prokurorluqda cinayət işi açılır”.
Ə.Nuriyevin sözlərinə görə, Hesablama Palatasının Baş prokurorluğa etdiyi müraciətdə mənimsəmə, səhlənkarlıq və vəzifə səlahiyyətlərini aşma faktları var: