Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) prezidenti Ersin Tatar, PKK lideri Abdullah Öcalanın həbs edilməzdən əvvəl istifadə etdiyi pasportda adı olan Lazaras Mavrosun yunan Kiprinin keçirdiyi hərbi təlimlərdə iştirakına sərt reaksiya verib.
Girnədə keçirilən andiçmə mərasimində çıxış edən prezident Ersin Tatar yunan Kiprinin sülh və qonşuluq münasibətlərindən danışsa da, orada Türkiyəyə qarşı çirkin və məkrli fəaliyyətlərin olduğunu qeyd edib. Prezident Tatar açıqlamasında deyib:
“Yunan Kiprində keşişlərin əllərində silahla təlimə qatılmasından başqa, Abdullah Öcalana vaxtında verilmiş saxta pasportda adı olan şəxsin (yunan jurnalist Lazaros Mavros) təlim zamanı əlində silah tutduğunu gördük. Onları anlamaq həqiqətən mümkün deyil”.
Andiçmə mərasimində çıxış edən prezident Tatar KKTC-nin dünyada layiq olduğu yeri tutacağına və gələcəkdə iqtisadi rifahının daha da artacağına inandığını ifadə edib.
Baki-xeber.com