Çərşənbə , 11 Mart 2026
Drone Cameras

Terrorçular siyahısına daxil edildilər

Rusiyalı müxalif siyasətçilər İlya Yaşin və Vladimir Kara-Murza Rusiya tərəfindən terrorçular və ekstremistlər siyahısına daxil edilib.

Boyukmillet.com xəbər verir ki, 2024-cü ilin avqustunda hər iki şəxsə qarşı “terror təşkilatında iştirak”, “ekstremizmə çağırış” və “ekstremist birlik təşkil etmə” ittihamları ilə cinayət işləri başlanıb.

Həmin işlər üzrə digər fiqurantlardan biri kimi Yuliya Navalnayanın da adı çəkilib.

Bu gün səhər saatlarında Vladimir Kara-Murza barəsində axtarış elan edilib.

Xatırladaq ki, həm Kara-Murza, həm də Yaşin 2024-cü ilin avqustunda Rusiya ilə Qərb ölkələri arasında aparılmış məhbus mübadiləsi çərçivəsində Rusiya həbsxanalarından azad edilmişdi.

Check Also

Gəncədə “qara bazar”da qiyməti 1,6 milyon manat olan 27 kq heroin aşkarlanıb

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib. Bu …