Azərbaycan cüdoçusu Kəramət Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
Boyukmillet.com-un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/8 final mərhələsində gürcüstanlı Lukum Tsxvimiani ilə üz-üzə gəlib.
Rəqibinə ipponla məğlub olan Hüseynov mübarizəni dayandırmalı olub. O, daha əvvəl Eşli Makkenziyə (Böyük Britaniya) qalib gəlmişdi.
Bu gün yarışa qoşulan qadın cüdoçu Aişə Qurbanlı isə 1/16 final mərhələsində Katarina Koştaya (Portuqaliya) uduzaraq yarışla vidalaşıb.
Qeyd edək ki, Azərbaycan Tokio-2020-də 9 cüdoçu ilə təmsil olunur.
Azərbaycan cüdoçusu Kəramət Hüseynov Tokio-2020 Yay Olimpiya Oyunlarına qələbə ilə başlayıb.
Boyukmillet.com-un məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı 1/16 final mərhələsində Eşli Makkenzi (Böyük Britaniya) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Hüseynov 1/8 finalda gürcüstanlı Lukum Tsxvimianiyə rəqib olub.
Qadınlarında yarışında isə Aişə Qurbanlı 1/16 finalda Katarina Koştaya (Portuqaliya) uduzaraq mübarizəni dayandırıb.