Çərşənbə axşamı , 3 Mart 2026
Drone Cameras

Tokio-2020: Məhəmməd Abdullayev mübarizəni dayandırıb

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci görüşünə çıxıb.

Boyukmillet.com-un məlumatına görə, 91 kq-dan yuxarı çəki dərəcəsindəki 1/8 final qarşılaşmasında rəqib özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolov olub.

İlk raudda 5 hakimin hamısı Jalolovun üstün döyüşdüyü qənaətinə gəlib. İkinci raundun sonlarında Abdullayev noqdauna düşsə də, görüşü davam etdirib. Bu dəfə də referilər özbəkistanlı boksçuya daha çox xal veriblər.

Üçüncü raundda Azərbaycan boksçusu dönüş etmək istəsə də, səyləri nəticə verməyib. Beləliklə, üçüncü raundda da uduzan Jalolova uduzan Abdullayev 0:5 hesablı məğlubiyyətlə mübarizəni dayandırıb.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …