Şənbə , 14 Mart 2026
Drone Cameras

“Trabzonspor” Türkiyə kubokunun final mərhələsinə yüksəlib

İyunun 16-da futbol üzrə Türkiyə kubokunun ilk finalçısının adına aydınlıq gətirilib.

Boyukmillet.com xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşündə “Fənərbağça” doğma meydanda “Trabzonspor”u qəbul edib. Matç qonaq komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə Trabzon təmsilçisinin qollarını Aleksandr Sorlot (6, 83) və Filip Novak vurub. İstanbul klubunun heyətində isə Dəniz Turuc (42) fərqlənib. Birinci matçda da 2:1 hesabı ilə qalib gələn “Trabzonspor” finala yüksəlib.

“Trabzonspor” finalda “Alanyaspor” – “Antalyaspor” cütlüyünün qalibi ilə qarşılaşacaq.

Check Also

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərova qarşı intizam tədbirləri görüb

Azərbaycan Cüdo Federasiyası Hidayət Heydərovla bağlı daxili intizam qaydalarına uyğun olaraq tədbir görüb. Bu barədə “Report”un …