Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Tramp 12 ölkənin vətəndaşlarının ABŞ-yə girişini qadağan edib

Amerika lideri Donald Tramp bazar ertəsindən (9 iyun – Qeyd) etibarən 12 ölkə vətəndaşlarının ABŞ-a girişini qadağan edib və daha 7 ölkənin sakinlərinə qismən məhdudiyyətlər qoyub.

Boyukmillet.com xəbər verir ki, bu barədə Ağ Evin yaydığı bəyannamədə deyilir.

Tam qadağa Əfqanıstan, Haiti, İran, Yəmən, Liviya, Myanma, Konqo Respublikası, Somali, Sudan, Çad, Ekvatorial Qvineya və Eritreya vətəndaşlarına şamil ediləcək. Məhdudiyyətlər bazar ertəsi, iyunun 9-da ABŞ-ın şərq vaxtı ilə saat 00:01-də (Bakı vaxtı ilə 08:01) qüvvəyə minəcək.

Bundan əlavə, Burundi, Venesuela, Kuba, Laos, Syerra-Leone, Toqo və Türkmənistan vətəndaşlarına qismən məhdudiyyətlər qoyulacaq.

Sənəddə qeyd olunub ki, qərar sərəncam qüvvəyə minməzdən əvvəl verilmiş vizalara şamil edilməyəcək.

“Prezident Tramp amerikalıları ölkəmizə gəlmək və bizə zərər vermək istəyən təhlükəli xarici aktyorlardan qorumaq vədini yerinə yetirir”, – Ağ Evin sözçüsü Abigeyl Cekson deyib.

O əlavə edib ki, məhdudiyyətlərin tətbiq olunduğu ölkələrdə insanlar lazımi qaydada yoxlanılmır. Bundan əlavə, müddəti bitmiş vizalar da çoxdur. Qərarda istisnalar nəzərdə tutulur: məsələn, qadağa ikili vətəndaşlığı olan şəxslərə, xarici diplomatlara, idmançılara və digər kateqoriyalara aid edilməyəcək.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …