Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Tramp 4 milyard dollarlıq hərbi yardımın Ukraynaya veriləcəyinə aydınlıq gətirməyib

ABŞ Prezidenti Donald Tramp Konqres tərəfindən ayrılan, lakin əvvəlki ABŞ Lideri Cozef Bayden tərəfindən xərclənməyən 4 milyard dollar məbləğində hərbi yardımı Ukraynaya verməyi planlaşdırıb-planlaşdırmadığı sualına birmənalı cavab verməyib.

Boyukmillet.com xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Baxarıq”, – Tramp suala cavab verib.

Yanvarda Pentaqondan bildirilmişdi ki, Bayden administrasiyası Konqres tərəfindən Ukraynaya hərbi yardım göstərilməsi üçün ayrılan vəsaitdən təxminən 4 milyard dollarını xərcləməyə imkan tapmayıb.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …