Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Tramp ABŞ-a fayda gətirməyən bütün xariciləri ölkədən çıxarmaq istəyir

ABŞ prezidenti Donald Tramp deyib ki, Ağ Ev yaxınlığında Milli Qvardiyanın iki əməkdaşına edilən hücum zəif miqrasiya siyasətinin ölkə üçün böyük təhlükə olduğunu göstərir.

Boyukmillet.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə ABC News məlumat yayıb.

Tramp Əfqanıstanı “yer üzündə cəhənnəm çuxuru” adlandırıb. Onu sözlərinə görə, rəhbərlik etdiyi administrasiyası Co Bayden dövründə ölkəyə gələn hər kəsi yoxlayacaq.

ABŞ prezidenti həmçinin Minnesota ştatına diqqət çəkərək, “bir zamanlar böyük olan bu dövləti parçalaya-parçalaya gedən yüz minlərlə somalilidən” şikayətlənib.

Onun açıqlamaları, ölkədə miqrantlara və sərhəd nəzarətinə dair siyasətin daha da sərtləşdiriləcəyinə işarə kimi qiymətləndirilir.

Tramp bildirib ki, o, “burada yeri olmayan və ölkəmizə fayda verməyən” hər kəsi ölkədən çıxarmaq istəyir.

“Əgər onlar ölkəmizi sevmirlərsə, bizə lazım deyillər”, – o əlavə edib.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …