Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Tramp ABŞ-nin nüvə texnologiyalarının ixracı üzrə xüsusi elçi vəzifəsini təsis edib

ABŞ Prezidenti Donald Tramp nüvə reaktorlarının tikintisi layihələrinin təsdiq prosedurunu sürətləndirmək və nüvə texnologiyalarının ixracı üzrə xüsusi elçi vəzifəsini təsis etmək haqqında fərman imzalayıb.

Boyukmillet.com xəbər verir ki, bu barədə ABŞ prezidentinin köməkçisi, Ağ evin əməkdaşlar aparatının məsul katibi Uill Şarf Oval kabinetdə imzalanma mərasimində bildirib.

O qeyd edib ki, bu sənəd Pentaqonun ehtiyacları üçün elektrik enerjisi istehsalında, həmçinin süni intellekt texnologiyaları üçün məlumatların işlənməsi mərkəzlərində istifadə olunacaq reaktorların tikintisini sürətləndirməyə imkan verəcək. “Bundan başqa, bu fərmana uyğun olaraq xüsusi elçi vəzifəsi yaradılır və nüvə texnologiyalarının ixracı strategiyası hazırlanır”, – o əlavə edib.

“İdeya ondan ibarətdir ki, biz Amerika sənayesini bu cür texnologiyalarda maraqlı olan xarici alıcılar hesabına inkişaf etdirə biləcəyik”, – Şarf vurğulayıb.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …