Bazar , 19 Yanvar 2025
Drone Cameras

Tramp Baydenin siyasətini kəskin tənqid edib

ABŞ-ın keçmiş dövlət başçısı Donald Tramp Co Baydenin prezident olduğu ilk ayda yürütdüyü siyasəti kəskin tənqid edib.

Boyukmillet.com-un məlumatına görə, Tramp sələfini ABŞ tarixinin ən pis prezidenti adlandırıb.

“O, artıq işlərə, ailələrə, sərhədlərə, enerjiyə, qadınlara və biliklərə qarşı olduğunu göstərdi. Biz hamımız Bayden rəhbərliyinin pis olacağını bilirdik, amma heç kim bu qədər pis olacağını bilmirdi”.

Onun sözlərinə görə, Amerika ilk yerdə olmaq əvəzinə Baydenin siyasəti nəticəsində son yerdə qərarlaşıb.

Bundan əlavə, Tramp Baydenin dünya problemlərinə çoxtərəfli yanaşma ilə bağlı açıqlamalarına müsbət yanaşmayıb. Eks-prezident deyib ki, Amerika bütün dünyanın problemləri ilə məşğul ola bilməz.

Check Also

ABŞ Konqresinin üzvləri 20 Yanvar faciəsinin ildönümü ilə bağlı bəyanatlar yayıblar

ABŞ Konqresində Azərbaycan üzrə İşçi Qrupun həmsədrləri – Nümayəndələr Palatasında Tenessi ştatını təmsil edən Demokratlar …