Bazar ertəsi , 1 İyun 2026
Drone Cameras

Tramp bu məlumatları təkzib etdi

ABŞ Prezidenti Donald Tramp CNN və digər media orqanlarının İranın nüvə sazişinin Tehranın nüvə proqramına toxunmadığı barədə məlumatlarını təkzib edib.

Boyukmillet.com xəbər verir ki, o, Truth Social-da həmin məlumatları yalan adlandırıb:

“Yalançı media CNN bu gün, həmişəki kimi, İranın nüvə proqramı ilə bağlı sazişimdə nüvə silahları haqqında heç nə deyilmədiyi barədə yalan xəbər yayıb, halbuki əslində İranın nüvə silahına sahib olmayacağı çox açıq şəkildə bildirilir. Sazişdə nüvə məsələsinin digər müxtəlif aspektləri ətraflı və qəti şəkildə müzakirə olunur. Əslində, sazişin böyük hissəsi buna həsr olunub”.

Qeyd edək ki, İran rəsmiləri dəfələrlə bildiriblər ki, ABŞ ilə ikitərəfli memorandum üzrə hazırkı danışıqlar zamanı İran nümayəndə heyəti Tehranın nüvə proqramı ilə bağlı heç bir müzakirə aparmır.

Check Also

Trampdan Ukraynadakı müharibə cinayətləri ilə bağlı MÜHÜM QƏRAR

Ukraynada müharibə cinayətlərinin araşdırılması üçün ayrılan ABŞ maliyyəsinin əhəmiyyətli hissəsi dayandırılıb. Boyukmillet.com xarici agentliklərə istinadən xəbər …