Cümə axşamı , 2 Aprel 2026
Drone Cameras

Tramp İllinoys qubernatorunu hədələyib

ABŞ Prezidenti Donald Tramp xəbərdarlıq edib ki, yerli hakimiyyət cinayətləri nizamlamasa, Çikaqoda federal nəzarət tədbirlərinə müraciət edə bilər.

Boyukmillet.com xəbər verir ki, bu barədə o, “Truth” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Siyasətçi qeyd edib ki, ötən həftəsonu şəhərdə 24 nəfər güllələnib, 6 nəfər isə xəsarətlər alıb. Tramp “İllinoys ştatının qubernatorunu” xatırladıb.

“O (İllinoys ştatının qubernatoru Cey Pritsker – red.) dəlidir. Yaxşı olar ki, vəziyyəti tez düzəltsin, yoxsa biz gələrik”, – ABŞ prezidenti deyib.

Bundan əvvəl Tramp Çikaqo və Nyu-Yorkda cinayətkarlıqla mübarizə üçün qoşun göndərə biləcəyinə eyham vurmuşdu.

Check Also

İran Hörmüz boğazından istifadə ilə bağlı beynəlxalq razılaşmalara hazır olduğunu bəyan edib

İran Asiya, ərəb ölkələri və bəzi Avropa ölkələri ilə Hörmüz boğazından istifadə barədə razılaşmaların bağlanmasına …