Çərşənbə axşamı , 15 Sentyabr 2026
Drone Cameras

“Tramp NATO sammitinə gəlməsə, alyans çökə bilər” – Polşa Prezidenti xəbərdarlıq etdi

Polşa Prezidenti Andjey Duda bəyan edib ki, ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirak etməməsi alyans üçün ciddi böhran yaradacaq.

Boyukmillet.com xəbər verir ki , Duda bu cür addımın NATO-nun birliyi və gələcəyi üçün təhlükəli siqnal ola biləcəyini vurğulayıb.

Bundan əvvəl Almaniyanın nüfuzlu “Der Spiegel” nəşri məlumat yaymışdı ki, Tramp NATO ölkələrinin hərbi xərcləri artırmaq üçün konkret addımlar atmadığı təqdirdə, sammitə qatılmaqdan imtina edə bilər.

Qeyd edək ki, Tramp əvvəllər də NATO ölkələrini müdafiə xərclərinə yetərincə vəsait ayırmamaqda tənqid edib.

Check Also

Robert Köçəryan həbsxanada təkadamlıq kamerada saxlanılır

“Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bu yaxınlarda ürəyinə stent qoydurulduğu üçün daim kardioloqun nəzarəti altındadır”. …