Cümə , 5 Dekabr 2025
Drone Cameras

Tramp Putin-Zelenski görüşünün hazırlanma mərhələsində olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putin və Ukrayna Prezidenti Volodimir Zelenski arasında ikitərəfli görüşün hazırlanma mərhələsində olduğunu bildirib.

Boyukmillet.com xəbər verir ki, o, amerikalı jurnalist Mark Levinə müsahibəsində müvafiq bəyanatla çıxış edib.

“Prezident Putinlə çox uğurlu görüş keçirdim. Prezident Zelenski ilə çox uğurlu görüşüm olub. Düşünürəm ki, vəziyyəti anlamaq üçün mənsiz görüşsələr daha yaxşı olar. Bundan nə çıxacağını anlamaq istəyirəm. Onlar (mümkün görüş – Qeyd) üzərində işləyirlər, nə baş verəcəyini görəcəyik”, – Amerika lideri əlavə edib.

O, Rusiya-Ukrayna münaqişəsindən danışaraq qeyd edib ki, ABŞ-nin əvvəlki prezidenti Cozef Baydenin administrasiyası dövründə vəziyyət daha da pisləşib:

“Düşünürəm ki, bu, III dünya müharibəsinə doğru gedirdi, lakin indi bu, daha baş verməyəcək. Bu, yaxşı xəbərdir. Artıq bundan narahat olmaq lazım deyil”.

Check Also

HƏMAS Qəzzanı idarə etməkdən İMTİNA EDİR

HƏMAS Qəzza zolağını idarə etməyə davam etmək istəmir. Boyukmillet.com xəbər verir ki, bu barədə HƏMAS hərəkatının …