Bazar , 4 Oktyabr 2026
Drone Cameras

Tramp Səudiyyə Ərəbistanı ilə nüvə sazişinin təsdiqlənməsi üçün şərti açıqlayıb

ABŞ Səudiyyə Ərəbistanının “İbrahim sazişləri”nə qoşulacağı təqdirdə krallıqla mülki nüvə enerjisi sahəsində sazişi təsdiqləməyə hazırdır.

Boyukmillet.com xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.

“ABŞ-nin Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı arasında bağlanan və İran, BƏƏ və digər ölkələrdə mövcud olan proqramlara bənzər şəkildə yalnız atom enerjisinin dinc məqsədlərlə istifadəsinə aid olan mülki nüvə enerjisi sazişi (nüvə materialının zənginləşdirilməsnə icazə verilməyəcək!) təsdiqlənəcək”, – o qeyd edib.

Bununla yanaşı, o vurğulayıb ki, sazişin yekun təsdiqi tamamilə Səudiyyə Ərəbistanının “İbrahim sazişləri”nə qoşulmasından asılı olacaq.

“Birləşmiş Ştatlar mülki (uran zənginləşdirilmədən) nüvə enerjisi obyektlərinin yaradılmasına etiraz etmir”, – Tramp əlavə edib.

Check Also

Türkiyə XİN: Türk dövlətlərinin əməkdaşlıq və inteqrasiyasını daha da yüksəltməyə qərarlıyıq

Ortaq tariximizdən, dilimizdən və köklü qardaşlıq bağlarımızdan aldığımız güclə Türk dövlətlərinin malik olduğu insan, iqtisadi …