Şənbə , 10 Yanvar 2026
Drone Cameras

Tramp Suriyadan qoşunların çıxarılması ilə bağlı qərarını açıqlayıb

Vaşinqton Suriyanın problemləri ilə məşğul olmamalıdır, ABŞ administrasiyası ərəb respublikasından Amerika qoşunlarının çıxarılması imkanı ilə bağlı qərar qəbul edəcək.

Boyukmillet.com TASS-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Bunu kimin dediyini bilmirəm, amma biz bununla bağlı qərar qəbul edəcəyik”, – deyə o, İsrail KİV-inin yəhudi dövlətinin Amerika qoşunlarının Suriyadan çıxarılması imkanından narahat olması barədə məlumatlarını şərh edib.

“Biz Suriyadakı vəziyyətə qarışmırıq. Bu onların qarışıqlığıdır. Onların yetərincə problemləri var. Bizim qarışmağımıza ehtiyacları yoxdur”, – Tramp əlavə edib.

Daha əvvəl İsrailin dövlət teleradio şirkəti “Kan” məlumat vermişdi ki, yüksəkvəzifəli Amerika məmurları İsrail nümayəndələrinə Trampın Suriya ərazisində qalan Amerika əsgərlərinin çıxarılmasında maraqlı olduğunu bildiriblər. Pentaqon 2024-cü ilin dekabrında Suriyada təxminən 2 min Amerika hərbçisinin olduğunu açıqlamışdı.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …