Cümə , 30 Yanvar 2026
Drone Cameras

Trampdan sərt açıqlama: “Bu ölkələrdən miqrasiya tam dayandırılacaq”

ABŞ prezidenti Donald Tramp yenidən miqrasiya mövzusunda qalmaqallı çıxış edib.

Boyukmillet.com xəbər verir ki, Tramp “Truth Social”da paylaşdığı bəyanatında üçüncü dünya ölkələrindən ABŞ-a miqrasiyanın tamamilə və daimi şəkildə dayandırılacağını bildirib.

“ABŞ sisteminin yenidən bərpa olunması üçün üçüncü dünya ölkələrindən bütün miqrasiyanı daimi pauzaya salacağam. Ölkəmizin vətəndaşı olmayan şəxslərə verilən bütün federal imtiyazları və subsidiyaları ləğv edəcəyəm”, – Donald Tramp qeyd edib.

O, həmçinin ABŞ üçün sosial yük yaradan, təhlükə doğuran və “Qərb sivilizasiyasına uyğun gəlməyən” bütün əcnəbilərin deportasiya ediləcəyini bəyan edib.

Tramp bir müddət əvvəl də mövcud vəziyyəti “ölkənin əsas təhlükəsi” adlandıraraq qanunsuz miqrantları hədəfə almışdı. O, Ağ Evin yaxınlığında milli qvardiyaçıların hücuma məruz qalmasında da məhz onları günahlandırıb və əvvəlki administrasiyanı “20 milyon yoxlanılmamış, kimliyi məlum olmayan əcnəbini ölkəyə buraxmaqda” ittiham edib.

Check Also

Gürcüstanda hərbi xidmətdən yayınma ilə bağlı qanunsuz sxem ifşa edilib, 21 nəfər saxlanılıb

Gürcüstanın Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Korrupsiyaya Qarşı Mübarizə Agentliyinin əməkdaşları tərəfindən ölkənin müxtəlif bölgələrində keçirilən …