Cümə axşamı , 19 Mart 2026
Drone Cameras

Trampın İran mallarına gömrük rüsumu ilə bağlı bəyanatından sonra neft bahalaşıb

ABŞ Prezidenti Donald Trampın İranla əməkdaşlıq edən ölkələrin mallarına 25 % gömrük rüsumunun tətbiq edilməsi ilə bağlı bəyanatından sonra neftin qiyməti bu gün bahalaşıb.

Boyukmillet.com xəbər verir ki, bu, ticarət məlumatlarında öz əksini tapıb.

“Brent” markalı neftin mart fyuçerslərinin qiyməti 0,34 % artaraq bir barel üçün 64,09 ABŞ dollarına, WTI markalı neftin mart fyuçerslərinin qiyməti isə 0,39 % artaraq 59,55 ABŞ dollarına çatıb.

Qeyd edək ki, Tramp “Truth Social”dakı paylaşımında gömrük rüsumlarının tətbiq olunduğunu bildirib: “İranla əməkdaşlıq edən istənilən ölkə ABŞ ilə bütün növ ticarət əməliyyatları üçün 25 % rüsum ödəyəcək. Qərar dərhal qüvvəyə minir”.

Check Also

Azərbaycan iki ayda 4 milyon tona yaxın neft ixrac edib

Bu ilin yanvar-fevral aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 3 milyon 600 min 307,38 ton həcmində bitumlu süxurlardan …