Bazar , 11 Yanvar 2026
Drone Cameras

Trampın üç aylıq hakimiyyəti dövründə 121 min dövlət işçisi ixtisara düşüb

Amerika lideri Donald Trampın bu ilin yanvarında hakimiyyətə gəlişindən bəri ABŞ-da ən azı 121 min federal hökumət işçisi ixtisar edilib.

Boyukmillet.com xəbər verir ki, bu barədə “CNN” öz hesablamalarına istinadən məlumat yayıb.

Qeyd olunub ki, kütləvi ixtisarlar 30-a yaxın departamentə təsir edib. Lakin ən çox zərər çəkən ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) olub. Belə ki, bir neçə ixtisar dalğasından sonra onun fəaliyyəti dayandırılıb.

Təhsil idarəsi işçilərinin 51%-ni ixtisar edib, 12 regional şöbədən 7-ni bağlayıb. ABŞ-nin Mənzil və Şəhər İnkişafı Departamenti ilə yanaşı Səhiyyə və İnsan Xidmətləri Departamentinə daxil olan Milli Sağlamlıq İnstitutu əhəmiyyətli sayda işçisini itirib.

Televiziya şirkətinə müsahibə verən ekspertlərin fikrincə, bu ixtisarların nəticələri artıq amerikalılar tərəfindən hiss olunur və hökumətin təhsil, səhiyyə və ictimai təhlükəsizlik sahələrində öz vətəndaşlarının maraqlarını təmin etmək qabiliyyətini sual altına qoyur.

Check Also

Ukrayna Rusiyanı “Avropanı raketlə sınağa çəkməkdə” ittiham etdi: BMT və NATO dərhal toplanır

Ukrayna xarici işlər naziri Andrey Sibiqa Rusiya Müdafiə Nazirliyinin bəyanatına sərt reaksiya verib.Boyukmillet.com xəbər verir ki, …