Çərşənbə , 1 Aprel 2026
Drone Cameras

Türkiyədə meşə yanğını baş verib, 40-a yaxın ev yanıb, yaralılar var- FOTO

Türkiyənin Muğla şəhərində, Menteşe rayonunun Zeytinköy məhəlləsində meşə yanğını baş verib. 

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə nəticəsində 136 evdən 40-ı qismən yanıb, 9 ev isə tamamilə külə dönüb, bəzi məhəllə sakinləri müxtəlif dərəcəli yanıq xəsarətləri alıblar. 

Əraziyə xeyli sayda canlı qüvvə və texnika, xüsusilə 4 amfibiya təyyarəsi, 11 helikopter, 2 buldozer, yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub. 

Evlərdəki qaz balonlarının partlaması və güclü külək yanğının nəzarət altına alınmasını çətinləşdirdiyi bildirilir.

Check Also

Donald Tramp: İranın bərpası üçün ən azı 10 il tələb olunacaq

ABŞ və İsrailin İrana qarşı birgə əməliyyatı qrafikdən iki həftə irəli olmaqla davam etdirilir. Boyukmillet.com …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir