Şənbə , 20 Aprel 2024
Drone Cameras

Sultan bəy Paşabəyoğlunun nəvəsi ölkəmizdə səfərdədir

Azərbaycanın xalq qəhrəmanı Sultan bəy Paşabəyoğlunun nəvəsi Yücəl Laçın ölkəmizdə səfərdədir. Ankarada yaşayan və Laçın Şirkətlər Qrupunun prezidenti Yücəl Laçınla Beynəlxalq Diaspor Mərkəzinin (BDM) ofisində görüş keçirilib. Mərkəzin mətbuat xidmətindən boyukmillet.com-a verilən məlumata görə, görüşdə BDM sədri dr. İsmayıl Ağayev, böyük xalq qəhrəmanının nəvəsi Yücəl bəyin Azərbaycanda olmasından məmnunluğunu bildirərək, BDM tərəfindən Sultan bəyin xatirəsinin əbədiləşdirilməsi istiqamətində görülən işlərlə bağlı məlumat verib. O, bildirib ki, “Bu ilin aprel ayının 30-da BDM-in təşəbbüsü ilə Qars şəhərinin Koçköy kəndində mərhum Sultan bəyin məzarı üstündə xatirə lövhəsi qoyulmuşdur. Bu istiqamətdə 10 ilə yaxındır həm arxivlərdə işlər aparılmış, həm də Azərbaycan və Türkiyənin müxtəlif dövlət qurumları ilə bir çox yazışmalar həyata keçirilmişdir. Nəticə etibarilə bu il Sultan bəy Paşabəyoğlunun xatirə lövhəsi təntənəli şəkildə məzarı üstünə qoyulmuşdur”.

Yücəl Laçın da öz növbəsində babasına göstərilən böyük ehtirama görə BDM-ə və əməyi keçən hər kəsə təşəkkürünü bildirərək, Bakıda olmaqdan məmnun olduğunu bildirib.

Qeyd edək ki, görüşdə yaxın gələcəkdə Sultan bəy Paşabəyoğlunun məzar ətrafının abadlaşdırılması və abidəsinin ucaldılması ilə bağlı nəzərdə tutulan proqram ətrafında fikir mübadiləsi aparılıb.

 

boyukmillet.com

Check Also

“Taxta Hipostil Məscidlər” – Anadolunun memarlıq möcüzələri

Tarix boyu qədim sivilizasiyalara ev sahibliyi edən Anadolu torpaqları günümüzdə ziyarətçilər üçün unikal təcrübələr təqdim …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir